Cəmiyyət

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən ÇIXARILDI – FOTO/VİDEO

Sharing is caring!

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktoru işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, direktor Esmira İbrahimova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Belə ki, direktor sentyabrın 14-də müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna səs ataraq, hər müəllimdən 50 manat tələb edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir