Cəmiyyət

“Bir yaşlı uşağımı bağçada döyüblər” – İDDİA + FOTO

Sharing is caring!

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunur.

Bu barədə “Unikal”a azyaşlının anası Fidan Cavadova məlumat verib.

O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

“Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir