Dünya

Ukrayna Müdafiə Şurasının katibi: “Rusiya ərazisinə zərbələr endirə bilərik”

Sharing is caring!

Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirə bilər.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafonun efirində bəyan edib.

“Əgər zərurət yaranarsa, onda inanın, heç kimin əli titrəməyəcək. Həmin obyektlərin məhv edilməsi üçün imzalanmalı olan sənədlər imzalanacaq. Prezidentimizin atəşin gəldiyi ərazilərə cavab verəcəyimizlə bağlı açıqlamaları da bunu təsdiqləyir”, – deyə Danilov bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna Rusiya hərbçilərinin ölkə ərazisini haradan atəşə tutduğunu bilir.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir