Cəmiyyət

Keçmiş nazirin qardaşının şirkəti məhkəməyə verildi

Sharing is caring!

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti keçmiş nazirin qardaşına məxsus təsərrüfatı məhkəməyə verib.

Lent.az xəbər verir ki, söhbət Müdafiə Sənayesinin mərhum sabiq naziri Yavər Camalovun qardaşının ailəsinə məxsus “Hacı Camalxan/Kəndli/Fermer Təsərrüfatı”ndan gedir. Əvvəlcə təsərrüfat iddia ilə “Azərişıq” barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub. Birinci instansiya məhkəməsinin qərarı ilə təsərrüfatın iddiası təmin edilib. İddia isə istehlak edilmiş elektrik, yaxud istilik enerjisinin haqqının ödənilməsi ilə əlaqədardır.

Məhkəmənin qərarı isə “Azərişığ”ı qane etməyib. Dövlət qurumu öz növbəsində Kommersiya Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Prosesə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin keçmiş rəhbəri Yavər Camalov 2018-ci ildə vəfat edib. Mətbuatda “Hacı Camalxan/Kəndli/Fermer Təsərrüfatı”nın Y.Camalovun qardaşının ailəsinə məxsus olması barədə məlumatlar yayılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir