Dünya

Makronun aparat rəhbəri qeyri-qanuni pul almaqda ittiham olunur

Sharing is caring!

Fransa prezidenti Emmanuel Makronun aparat rəhbəri qohumlarına məxsus gəmiqayırma şirkəti ilə bağlı qanunsuz olaraq vəsait əldə etməkdə ittiham olunub. Bu barədə məlumat Paris prokurorluğunun maliyyə məsələlərinə dair kommünikesində əks olunub.

İddiaya görə, Yelisey Şanlarının baş katibi Aleksin Koler sentyabrın 23-də onun MSC gəmiçilik şirkəti ilə əlaqələri ilə bağlı iş üzrə qeyri-qanuni pul almaqda ittiham olunub.

Mavafiq şikayət 2018-ci ildə Fransanın antikorrupsiya assosiasiyası “Antikor” tərəfindən edilib.

Qeyd edək ki, Koler 2017-ci ilin may ayından Yelisey Sarayı Administrasiyasının rəhbəridir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir