Cəmiyyət

Bakı metrosunda nasazlıq yarandı: Gecikmələr var

Sharing is caring!

Bu gün metronun “28 May” stansiyasında qatar 16 dəqiqədən çox dayanıb.

Oxu.Az xəbər verir ki bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

O bildirib ki, metronun “İçərişəhər” – “Həzi Aslanov” marşrut xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb:

“Nasazlıq “Gənclik” stansiyasında özünü büruzə verib. Qatar elektrik deposuna verilib. Onun əvəzinə xəttə yeni qatar verilib. Ümumilikdə interval istisna olmaqla, qatarların hərəkətində 7 dəqiqə gecikmə yaranıb. Qatarlar arasında interval əsasən aradan qaldırılıb. “Memar Əcəmi” və “Dərnəgül” metro stansiyası istiqamətində gecikmələr qalmaqdadır. 15 dəqiqə ərzində qatarların ümumi intervalı qrafiki tam olaraq qaydasına düşəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir