Cəmiyyət

Bakı-Sumqayıt şossesində mikroavtobusun iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alan var – FOTO

Sharing is caring!

Abşeron rayonu ərazisində 4 avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə DYP-nin Ekologiya postunun qarşısında qeydə alınıb.

Belə ki, “KIA” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən “Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn “Mercedes” markalı minik maşınının sürücüsü sükana nəzarəti itirərək maşınını “Nissan”a çırpıb. Daha sonra digər “Mercedes Vito” markalı mikroavtobus eynimarkalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir