Cəmiyyət

Sabahdan yol hərəkəti ilə bağlı suallara cavab tapacağınız yeni layihəyə start verilir

Sharing is caring!

“Avto FM” 107.7 dalğasında yeni layihə başlayır.

Oxu.Az xəbər verir ki, yol hərəkəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan bütün mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihə “Avto FM” 107.7 dalğasında başlayır.

Veriliş radioda yayımlanmaqla yanaşı radionun “Yotube”, “Facebook”, “Instagram” və “TikTok” səhifələrindəndə canlı olaraq yayımlanacaq.

Verilişdə hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər birbaşa icraya yönləndiriləcək, digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyəti üzrə səlahiyyətli qurumlara göndəriləcək.

Qeyd edək ki, sözügedən layihə ötən mövsüm həftədə iki gün 1 saat olmaqla efirə çıxırdı, lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim edilməsini şərtləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir