Dünya

ECOWAS qiyamçılara Nigerdə neytral yerdə görüşməyi təklif edib

Sharing is caring!


Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlər Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu üzrə Milli Şuraya neytral yerdə görüşməyi təklif ediblər.

Bunu ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Abdel-Fatau Musah “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. Komissarın sözlərinə görə, üsyançılardan devrilmiş Prezident Məhəmməd Bazumu azad etmələri də xahiş olunub.

“Biz Nigerdə (böhranı həll etmək üçün) hərbi variant seçməyə tələsmirik. Biz hərbçilərdən heç bir konkret addım görmədik və əbədi olaraq gözləməyəcəyik”, – deyə Abdel-Fatau Musah bildirib.

Qeyd edək ki, avqustun 18-də ECOWAS-ın siyasət, sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Birliyin baş qərargah rəislərinin iclasından sonra Nigerdəki vəziyyətə hərbi müdaxilənin tarixinin müəyyən edildiyini söyləyib. Hələlik bu barədə rəsmi məlumat verilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir