Cəmiyyət

Bərdədə məhkəmənin haqqında qərar çıxardığı şəxsi yenidən polis idarəsinə gətirdilər – FOTO

Sharing is caring!

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xırdabuynuzlu heyvan oğurlamaqda və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cari ilin fevral ayında fermaların birindən 37 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı Bərdə RPŞ-yə müraciət daxil olub.

Davam etdirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Tural Bayramov istintaq təcridxanasından müvafiq qaydada şöbəyə gətirilib.

Aparılan araşdırmalarla müəyyən olunub ki, o, yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə rayonun Mustafaağalı kəndində yerləşən fermadan 37 baş qoyun oğurlayıb. T.Bayramov heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxsə səkkiz min manat civarında ziyan vurub. 

Qeyd edək ki, T.Bayramovun bundan öncə ümumilikdə 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu barədə xəbər verilmişdi.

Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Çingiz Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda güclü təsiredici xassəyə malik heroin, eləcə də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir