Cəmiyyət

Cəlilabadda bir ailənin üzvləri qəzaya düşdülər: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilini aparan evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri – 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir