Cəmiyyət

Erməni şagirdlər daha çox Azərbaycan və türk dillərini seçməyə başlayıblar

Sharing is caring!

Ermənistanda orta məktəb şagirdləri fakültətiv fənn kimi daha çox Azərbaycan və türk dillərini seçirlər.

Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan bildirib.

O xatırladıb ki, qurum könüllülük əsasında bu dilləri öyrənməyi təklif edib, əsas dillər isə gürcü və fars dilləridir.

Qeyd edək ki, Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dil (ingilis, fransız və ya alman) tədris olunur. Artıq respublikanın məktəbləri tədris üçün üçüncü xarici dili seçə biləcəklər. Əsas diqqət region ölkələrinin – İran, Azərbaycan, Gürcüstan və Türkiyənin dillərinə verilir.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir