Dünya

Aİ Moldovaya təhlükəsizlik missiyası göndərmək imkanlarını araşdırır

Sharing is caring!

Aİ Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Moldovaya missiya göndərmək imkanını öyrənir.

Bunu bazar ertəsi Avropa İttifaqının xarici işlər xidmətinin rəhbəri Josep Borrell Brüsseldə birlik ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Moldova ümumi təhlükəsizlik və müdafiə siyasətimizin bir hissəsi kimi bizim missiyamızı qəbul etmək istəyini açıq şəkildə ifadə edir. Biz Moldovaya belə bir missiyanın göndərilməsi imkanlarını araşdırırıq. Onlar bu ölkədə sabitliyin pozulmasından çox əziyyət çəkirlər və biz bu vəziyyətdə onlara kömək etməliyik”, – Borrell bildirib.

Diplomat qeyd edib ki, Moldova da Ukrayna kimi Avropa ailəsinə aiddir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir