Cəmiyyət

Yeni yaradılan assosiasiyanın sədri: “Beynəlxalq müstəvidə mədəniyyətimizin təbliğini həyata keçiririk”

Sharing is caring!

“Qurum beynəlxalq müstəvidə də Azərbaycan mədəniyyətinin təbliğini həyata keçirir”.

Oxu.Az xəbər verir ki, bunu “Cultural Network House” Assosiasiyasının təqdimat mərasimində qurumun sədri Aynur Süleymanzadə deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti ötən ay “Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəkfi”nin dəvəti ilə əslən Şuşadan olan ilk türkiyəli vəkil qadın Sürəyya Ağaoğlunun anadan olmasının 119-cu il dönümünə həsr edilmiş simpoziumda iştirak edib:

“Hər iki qurum arasında mədəni tədbirlərin hər iki ölkədə mütəmadi təşkilinə və mədəniyyətin təbliğinə dair əməkdaşlıq qərarı verilib”.

Sonda Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev çıxış edərək yeni təşkilatın ölkə mədəniyyətinə töhfə verəcəyinə inandığını qeyd edib.

Təqdimat mərasimi gənc musiqiçilərin ifaları ilə yekunlaşıb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir