Cəmiyyət

Almaniyalı səyyah: “Azad olunmuş ərazilərdə bərpa işlərinin sürətlə davam etdirilməsi sevindiricidir”

Sharing is caring!

“Qarabağa səfər sayəsində dağıntıların şahidi oluram”.

Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan almaniyalı səyyah Yorqan Keller deyib.

O, yolboyu tamamilə məhv olmuş, yerlə-yeksan edilmiş binaları gördüyünü vurğulayıb. Gördüyü mənzərələrdən kədərləndiyini bildirən səyyah qeyd edib ki, sevindirici hal azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsidir.

“Mən əsasən konfliktlərin çox olduğu, əlçatmaz bölgələrə səyahət edirəm. Məsələn, İraq, Şimali Koreya və s. yerlərdə olmuşam. Doğrudur, Almaniya da bir zamanlar müharibənin qaynar nöqtəsi olan tarixi ölkədir, lakin bu, çoxdan baş verib və indi hər şey bərpa olunub”, – səyyah əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir