Cəmiyyət

Goranboyda evakuator qəza törətdi: Daşıdığı avtomobil yararsız hala düşdü – FOTO

Sharing is caring!

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil isə yük yerindən aşaraq yararsız hala düşüb.

“Report”un məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Üzərində “Mercedes-Benz” markalı avtomobil daşıyan evakuator “VAZ-21099” markalı avtomobillə toqquşub.

Nəticədə evakuatorun yük yerində olan nəqliyyat vasitəsi yolun kənarına aşaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir