Cəmiyyət

Bakıda tarixi-memarlıq abidələrinə zərər verən reklam lövhələri söküldü – FOTO

Sharing is caring!

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə operativ monitorinq tədbirlərinə start verilib.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, monitorinqlər ilkin olaraq Bakı şəhərində yerləşən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir.

“Növbəti monitorinq sentyabrın 7-də Bakı şəhəri Azadlıq prospekti 22 ünvanında keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruriliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər nəticəsində 20-dən artıq tarix-memarlıq abidəsində monitorinq keçirilib.

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcək. Ona görə də istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq”, – deyə məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir