Cəmiyyət

Gəncədə məktəbdə sıxlıq: Şagirdlər köçürülürlər – ŞİKAYƏT

Sharing is caring!

Gəncə şəhər 32 nömrəli tam orta məktəbindən şikayət var. 

Bu barədə Oxu.Az-ın redaksiyasına övladı sözügedən məktəbdə təhsil alan valideynlər şikayət ünvanlayıblar. 

Onlar bildiriblər ki, 32 saylı tam orta məktəbin direktoru Tutu Hüseynovanın tapşırığı ilə üçüncü sinif şagirdləri Gəncə şəhər 34 saylı tam orta məktəbə köçürülürlər:

“Bizim yaşadığımız ünvanın yaxınlığında məktəb var və uşaqların başqa təhsil ocağına köçürülmələrinə əsas yoxdur. Heç bir məlumat verilmədən uşaqları başqa məktəbə köçürürlər”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin başqa məktəbə köçürülməsi siniflərdəki sıxlıqla bağlıdır:

“Həmin məktəbdə şagird sayının artması ilə əlaqədar sıxlıq yarandığı üçün məktəbin ibtidai sinifləri müvafiq olaraq yaxınlıqda yerləşən 34 nömrəli tam orta məktəbdə tədrisə cəlb olunacaq”.

Qeyd edək ki, həmin məktəbdən 10-dan çox ibtidai sinifin köçürülməsi planlaşdırılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir