Qubada minik avtomobili ağaca çırpılıb, ağır xəsarət alanlar var.
“Report”un məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Lada-Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan beş nəfər ağır xəsarətlər alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Xeberal.az