Hadisə

Bakıda Mədəniyyət Sarayından oğurluq

Sharing is caring!

Bakıda Mədəniyyət Sarayından külli miqdarda oğurluq edilib.

XəbərAl.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət Sarayından 28 min manat dəyərində musiqi avadanlığı oğurlandığı müəyyənləşdirilib.

Oğurluqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir