Dünya

Pentaqonun keçmiş müşavirindən ABŞ-yə çağırış: “Çıxın…” – FOTO

Sharing is caring!


Pentaqonun keçmiş baş müşaviri, polkovnik Duqlas Makqreqor ABŞ-ni İraqdan çıxmağa çağırıb və ABŞ hərbçilərinin bu ölkədə olmasını strateji fəlakət adlandırıb.

Makqreqor bu barədə “X” hesabında paylaşım edib.

O, paylaşımında qeyd edib ki, hazırda İraqda 12 və ya 13 bazada 5 mindən çox amerikalı hərbçi yerləşdirilib. Duqlas Makqreqor onları “oturan hədəflər” adlandırıb.

Polkovnik sual verib ki, niyə 20 il keçməsinə baxmayaraq, ABŞ hələ də İraqda qalmağa davam edir. “Yəni doğrudanmı bu ölkədəki uğursuzluğunu gizlətmək üçün?” – deyə o bildirib.

Duqlas Makqreqor, həmçinin amerikalıların İraqda xaos yaratdığını da vurğulayıb.

Xatırladaq ki, 20 mart 2003-cü ildə ABŞ və onun müttəfiqləri Səddam Hüseynin hakimiyyətini devirmək məqsədilə “İraqın azadlığı” hərbi əməliyyatına başlayıblar. 2003-cü ilin dekabrında, düz 20 il əvvəl amerikalılar Səddam Hüseyni ələ keçirə biliblər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir