Siyasət

Peskov: “MDB sammitində Putin, Əliyev və Paşinyan görüşü planlaşdırılmayıb”

Sharing is caring!

MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş planlaşdırılmır.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Azərbaycan prezidenti və Ermənistanın baş naziri Sankt-Peterburqda olacaqlar, lakin üç nəfərli görüş nəzərdə tutulmayıb”, – Peskov bəyan edib.

Qeyd edək ki, sonuncu dəfə Putin, Əliyev və Paşinyan üçtərəfli formatda oktyabrın sonunda Soçidə görüşüblər. Dekabrın 9-da Aİİ-nin Bişkek sammiti çərçivəsində Rusiya Federasiyasının prezidenti Ermənistanın baş naziri ilə ayrıca görüş keçirib.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir