Bu gün Azərbaycan futbolunun canlı əfsanəsi Elbrus Abbasovun 70 yaşı tamam olur. Elbrus müəllim 1950-ci ildə Ağdam şəhərində anadan olub
XəbərAl.az xəbər verir ki,1967-ci idən “Qarabağ” futbol klubunda oynayıb. Gəncənin “Dinamo” komandasının, “Neftçi” klubunun heyətində çıxış edib.
1976-cı ildə rəqib qapısına 28 top vurub. “Neftçi”nin güclülər dəstəsində böyük əməyi olub.
Sonralar məşqçi kimi fəaliyyət göstərib. Bir müddət Ağdamın Qarabağ klubunu çalışdırıb.
Bu komanda ilə Azərbaycan çempionu olub. E.Abbasov Azərbaycanın ən yaxşı bombardirlərindən, həmçinin ən titullu məşqçilərindəndir! Elburus müəllimin Azərbaycan futbol tarixində və inkişafında mühüm rolu var.
Bizdə XəbərAl.az saytının kollektivi adından ürəkdən təbrik edib,uzun ömür can sağlığı arzu edirik.
100 yaşa ustad!