Cəmiyyət

İrəvan xanının portreti Qərbi Azərbaycan İcmasına hədiyyə edilib – FOTO

Sharing is caring!

Qərbi Azərbaycan İcmasında Xalq artisti, görkəmli kino və teatr aktyoru Muxtar Avşarın oğlu Rza Avşarın hazırladığı İrəvan xanı Rəvanqulu xanın böyük portretinin İcmaya hədiyyə edilməsi mərasimi baş tutub.

APA xəbər verir ki, təqdimetmə mərasimində Qərbi Azərbaycan İcması rəhbərliyi, nümayəndələri ilə yanaşı, ictimai-siyasi xadimlər, media mənsubları iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan İcmanın sədri Əziz Ələkbərli Prezident İlham Əliyevin məhz ad günündə Qərbi Azərbaycan İcmasına gəlişi, həmçinin icmanın qarşısına qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. İcma sədri ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı siyasətinə diqqət çəkərək hər bir azərbaycanlının bu istiqamətdə fəal olmalı olduğunu diqqətə çatdırıb:

“Biz o torpaqlara mütləq qayıdacağıq. Bu qayıdışdan sonra Azərbaycanın tarixi torpaqları bizdən sonrakı nəslin əzəli torpaqları olaraq nəsillərdən-nəsillərə ötürüləcək”.

Əməkdar rəssam Rza Avşar isə əsəri çəkməkdə məqsədinin ermənilərin zaman-zaman İrəvan şəhəri barədə uydurma fikirlər səsləndirmələrinə etiraz olduğunu qeyd edib.

Xatırladaq ki, Rza Avşar Əzim Əzimzadə adına məktəbin məzunudur. O, dəfələrlə respublika və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olub. Rza Avşarın dünyanın bir çox ölkələrinin nüfuzlu sərgilərində, o cümlədən Fransa, Almaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, ABŞ, Türkiyə, BƏƏ, Estoniya və İranda əsərləri nümayiş olunub. Həmçinin Türkiyə və Estoniyada fərdi sərgiləri açılıb.

Rza Avşar 60 illik yubileyi münasibətilə “Azərbaycanın Əməkdar rəssamı” adına layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir