Bölgə

“Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi” İctimai Birliyinin layihəsi İmişlidə yenidən uğurla davam etdirilir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az saytı xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi” İctimai Birliyi may ayından başlayaraq İmişli rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.

Xəbəral.az xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi” İctimai Birliyi Azərbyacan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin
maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların xidmətin göstərilməsi layihəsi “ xidməti layihəsi İmişli rayonunda həyata keçirilir. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara xidmətləri yerli mərkəz və evlərdə göstərir.

Hər bir sağlam düşüncəli, saf mənəviyyatlı insanın öz həyat və yaşam mübarizəsi var. Fiziki imkanlarından asılı olmayaraq, bütün ağıllı insanlar öz həyatını qurmaqda israrlıdır və buna haqqı çatır. Uca Yaradan heç də insanların hamısını bir biçimdə, bir ağılda, bir görünüşdə və bir səviyyədə yaratmayıb. Hər insan özüdür və hamının da özünəxas xüsusiyyətləri, taleyi, alın yazısı, xarakteri var

Bir sözlə, Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. Ancaq səbri gen, ürəyi açıq Tanrı insanların hamısını heç də əqli və fiziki cəhətdən sağlam yaratmayıb. İnsanların bir qismi fiziki qüsurludur. Sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu o demək deyil ki, onlar əlillikləri ilə barışaraq qədərə boyun əyirlər,xeyr belə deyil. Əlillərin böyük bir qismi fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar.

Nəzərinizə çatdıraq ki, İmişli şəhərində “Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi” İctimai Birliyi”nin Günərzi qayğı mərkəzinə uşaqların axını günü-gündən artır.

Xəbəral.az xəbər verir ki, “Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi” İctimai Birliyi İmişli şəhərində tam ödənişsiz fəaliyyət göstərir.

Məlumatı Xəbəral.az-a “Azərbaycan Qadınlarınin Haqlarını Müdafiəsi” İB-nin icraçı direktoru Aydan Xıdırova vermişdir

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir