Bölgə

Şimal bölgəsinə yağan dolu fəsadlar törədib

Ötən gün Şimal bölgəsinə yağan dolu və əsən güclü külək bir sıra fəsadlar törədib.

APA-nın verdiyi məlumata görə, Qusarın Çiləgir kəndində kənd sakini Mustafayev Pərviz Tahir oğluna məxsus evin dam örtüyü uçub. Sakinlərə məxsus 40 hektar taxıl, 27 hektar tərəvəz tamamilə məhv olub. Qubanın dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağan yağıntı isə vətəndaşlara məxsus kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir