Dünya

Fransa hökuməti narahatdır: Korsikaya əlavə qüvvələr göndərilir

Fransa hökuməti Korsikada baş verənlərdən narahatlığını nümayiş etdirir. Belə ki, Korsikada Fransa siyasətinə etiraz olaraq növbəti aksiyanın keçirilməsi planlaşdırılır. Bununla bağlı olaraq Fransa hökuməti adaya əlavə qüvvələr göndərir. Parisdə “Şarl de Qoll” hava limanında çəkilən bir fotonu buna sübut kimi göstərmək olar. Fotoda xüsusi xidmət orqanları əməkdaşlarının təcili olaraq Korsikaya göndərilməsinin görüntüləri yer alıb. Beləliklə də, […]

Dünya

Albaniya Türkiyədən “Bayraktar” PUA-ları alıb

“Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib”. Bunu ölkənin müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb. “Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, – deyə Peleşi əlavə edib. O, həmçinin PUA-nın […]

Siyasət

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni TƏYİNAT

Türkiyənin Azərbaycandakı səfirliyinə mətbuat üzrə yeni müşavir təyin olunub. “Report” xəbər verir ki, bu vəzifə Alptekin Cihangir İşbilirə tapşırılıb. C.İşbilir bildirib ki, 10 gündən sonra Bakıya gələcək və vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Cihangir İşbilir Türkiyənin “Anadolu” İnformasiya Agentliyinin Xəbər Akademiyasının müdiri vəzifəsində çalışıb. Bundan öncə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri Hüseyn Altınalan olub. O, fəaliyyətini […]

Cəmiyyət

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu […]

Cəmiyyət

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: “Ailəmi öldürdüm, çünki…”

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Qeyd olunub ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə […]

Dünya

Məşhur türkiyəli müğənni 5 milyonluq evini itinə miras qoyacaq

44 yaşlı Türkiyəli müğənni Pınar Soykan 5 milyon lirəlik evi də daxil olmaqla bütün mirasını Soykan adlı itinə buraxacağını açıqlayıb. Pop müğənni bu barədə jurnalistlərə açıqlamasında deyib. “Anadolu hazırda 5 milyon lirə dəyərində malikanəm var. Əgər sonradan da əlavə maliyyə aktivlərim olsa, onu itimə miras buraxacağam”, – deyə Pınar Soykan qeyd edib. O, ərinin də […]

Dünya

Almaniyada əsgər dörd nəfəri güllələyib – VİDEO

Almaniya ordusunun əsgəri Aşağı Saksoniyada keçmiş sevgilisi, uşağı, keçmiş sevgilisinin yeni əri və onun anası da daxil olmaqla dörd nəfəri güllələyib. Hadisə martın 1-də səhər tezdən Aşağı Saksoniya əyalətinin Şessel icması və Botel kommunasında baş verib. Cinayətkarın alman ordusunun əsgəri olduğu üzə çıxıb. Hərbçi saxlanılıb, cinayətin motivi hələlik məlum deyil. Aşağı Saksoniya ştatının Rotenburq şəhərindəki Bundesver […]

Siyasət

Azərbaycan XİN başçısı: “Beynəlxalq sistem çökür, regional əməkdaşlığa ehtiyac var”

“Regional əməkdaşlığa indi daha çox ehtiyac var”. “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib. O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür: “Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan […]

Müharibə

36 min hektardan çox ərazi minalardan təmizlənib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının birinədək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 440 […]