İdman

“Real Madrid” əfsanəsinin oğlu Messi ilə oynayacaq – FOTO

Yarımmüdafiəçi Federiko Redondo “İnter Mayami”nin yeni futbolçusu olub. Futbolçu ABŞ komandasına “Argentinos Juniors”dan qoşulub. Holdinqin yarımmüdafiəçisinin müqaviləsi 2027-ci ilə qədərdir və daha bir il uzadılması mümkündür. Federiko Redondo 2022-ci ildə Argentina çempionatında debüt edib. Bu müddət ərzində ölkə çempionatında 58 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Qeyd edək ki, Federiko Redondo […]

Dünya

Mahir Əliyev: “Azərbaycan mədəniyyəti günləri Dohanı canlandırdı” – FOTO

Fevralın 21-dən 24-dək Dohada Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bununla bağlı Qətərdə bir sıra tədbirlər baş tutub. Tədbir çərçivəsində Oxu.Az rəsmi qonaqlarla söhbət edib. Kinoşünas və rejissor Ayaz Salayev saytımızla söhbətində Azərbaycan Mədəniyyəti Günlərinin onda böyük təəssürat yaratdığını etiraf edib. “Bu, 21-ci əsrin mədəniyyət tarixinin daha bir mərhələsidir – biz “dünyanın […]

Siyasət

Paşinyan Fransanın diktəsi ilə oturub-durur – RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan xüsusilə Münhen Təhlükəsizlik Konfransındakı görüşdən sonra Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirib. Bu fikirləri “Report”a politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, əslində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında daha konstruktiv danışıqlar olub: “Lakin N.Paşinyan son çıxışları ilə danışıqların üstündən xətt çəkməyə çalışır. Bu, o deməkdir ki, Paşinyan əslində Fransanın […]

Cəmiyyət

Azərbaycan hərbçiləri Türkiyə ordusunun Tədris Mərkəzində olublar – FOTO

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib. Xeberal.az

Dünya

Fransanın Ermənistana göstərdiyi dəstəyin təfərrüatı “Haber Global”ın süjetində – VİDEO

Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Buna əsasən, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək. Həmçinin yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Papikyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regiondakı vəziyyətdən asılı olmayaraq, Ermənistan müdafiə […]

Kriminal

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verib

Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. “Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən iclasda elan olunub. Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli […]

Dünya

Belçika, İtaliya və Kanadanın baş nazirləri Kiyevdədirlər – FOTO

Belçika, İtaliya və Kanadanın baş nazirləri Aleksander de Kroo, Corciya Meloni və Castin Tryudo, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfər ediblər. Səfərdə məqsəd müharibənin başlanmasının ikinci ildönümü münasibətilə həmrəylik nümayiş etidirilməsi olub. Qərb liderinin gün ərzində Ukrayna rəhbərliyi ilə görüşləri planlaşdırılıb. Eyni zamanda Danimarka Baş Naziri Mette Frederiksen və ABŞ Senatında […]

Cəmiyyət

Apreldə beş gün ardıcıl iş olmayacaq – SƏBƏB

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 10-11 aprel Ramazan bayramına təsadüf edir. Belə olduqda, aprelin 10, 11, 12, 13 və 14-ü istirahət günləri […]

Cəmiyyət

“Mercedes” qızı hava uçurtdu – Dəhşətli qəzanın ANBAAN VİDEOSU

Fevralın 22-də Şəkidə baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, bunun görüntüləri sosial şəbəkədə yayılıb. Bildirilib ki, M.Ə.Rəsulzadə prospektindəki hadisədə “Mercedes” markalı avtomobil yolu keçən 23 yaşlı piyadanı vurub. Qəza zamanı xəsarət alan rayonun Şorsu kənd sakini Dilşad Eldar qızı Şirinova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Siyasət

Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidən dünyaya səsləndi – VİDEO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. Ombudsman 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb. O, qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib. Ombudsman xocalılıların […]