Siyasət

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni TƏYİNAT

Sharing is caring!


Türkiyənin Azərbaycandakı səfirliyinə mətbuat üzrə yeni müşavir təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifə Alptekin Cihangir İşbilirə tapşırılıb.

C.İşbilir bildirib ki, 10 gündən sonra Bakıya gələcək və vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Cihangir İşbilir Türkiyənin “Anadolu” İnformasiya Agentliyinin Xəbər Akademiyasının müdiri vəzifəsində çalışıb.

Bundan öncə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri Hüseyn Altınalan olub. O, fəaliyyətini ötən ilin noyabr ayında başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir