Cəmiyyət

Bakıda “World HR Summit 2024” tədbiri keçirilir – FOTO

Bu gün Bakıda genişmiqyaslı “World HR Summit 2024” (Dünya İnsan Resursları Sammiti 2024) tədbiri keçirilir. Oxu.Az xəbər verir ki, Azərbaycan İnsan Resursları İnstitutunun təsisçisi və direktoru Emil Hüseynovun təşəbbüsü ilə keçirilən sammitdə yerli və xarici ölkələrdən olan peşəkar insan resursları mütəxəssisləri iştirak ediblər. Sammitdə “World HR Summit 2024” Təşkilat Komitəsinin sədri Deyv Ulrix iştirak edib. […]

Tədbirlər

Novruz bayramı ərəfəsində Abşeron rayonundaabadlıq-təmizlik işlərinə başlanılıb

Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi ilə əlaqədar rayon ərazisində iməclik-abadlıq tədbirlərinə başlanılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk olaraq rayon ərazisində şəhid ailələrinin, qazilərin və digər imtiyazlı şəxslərin yaşadığı yeni yaşayış massivində iməclik keçirilib. İməclik zamanı massivin ətrafı məişət tullantılarından təmizlənib və texniki vasitələrlə ərazidən uzaqlaşdırılıb. Bundan əlavə ərazidə yerləşən küçə işıqlandırılması […]

Dünya

Donald Tramp Miçiqanda rəqibini üstələdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bülletenlərin 50%-i işləndikdən sonra Miçiqanda Respublikaçıların ilkin seçkisində (praymerizdə) qalib gəlib. Tramp səslərin 67%-dən çoxunu qazandığı halda, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli cəmi 27,2% səs toplayıb. Eyni zamanda, Heyli seçki yarışından çəkilməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi mübarizəni davam etdirəcəyini bildirib. Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın […]

İqtisadiyyat

Beşinci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! – FOTO

Martın 1-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş 5-ci qrant müsabiqəsinə dair məlumatlandırıcı tədbir keçiriləcək. Onlayn tədbirin təşkilində məqsəd martın 4-də sənəd qəbuluna start veriləcək 5-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi […]

Siyasət

20 Yanvar qırğınına rəhbərlik etmiş şəxslərdən biri öldü

1985-1991-ci illərdə SSRİ-nin keçmiş baş naziri olmuş Nikolay Rıjkov 95 yaşında vəfat edib. Bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün “Telegram” kanalında məlumat verib. Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir. “Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin […]

Dünya

ABŞ-də nüvə silahı istehsal edilən zavodun ətrafında güclü meşə yanğınları başlayıb – VİDEO

ABŞ-nin Texas ştatında sürətlə yayılan meşə yanğınları ilə əlaqədar nüvə silahlarının yığılması ilə məşğul olan “Pantex” zavodu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məlumat “Pantex” zavodunun “X” hesabında dərc edilib. Hazırda şirkətin işçilərinin təxliyəsi davam etdirilir. Qeyd edək ki, “Pantex” müəssisəsi döyüş başlıqlarının istehsalı ilə yanaşı, xidmətdən çıxarılan silahların utilizasiyası ilə də məşğuldur. Xeberal.az

Dünya

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq foruma qatılacaq

Türkiyənin Antalya şəhərində 1-3 mart tarixləri arasında Üçüncü Antalya Diplomatik Forumu (ADF) keçiriləcək. Qeyd olunur ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək foruma 100-dən çox ölkədən dörd minə yaxın qonaq qatılacaq. Bildirilir ki, Üçüncü Antalya Diplomatik Forumunda Azərbaycan, İraq, Macarıstan kimi 60-dan çox ölkə xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Üçüncü Antalya […]

Cəmiyyət

Agentlik sədrindən HƏYƏCAN SİQNALI: “İqlim dəyişikliklərindən sonra su ehtiyatlarımız kəskin azalıb”

“COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək”. APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: Problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin […]