Dünya

Dünyanın mətbu orqanları Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini geniş işıqlandırıblar

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır. AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin mətbu orqanlarında dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrikləri, Azərbaycan xalqının seçkiyə və seçki sonrası proseslərə yanaşması, rəsmi şəxslərin açıqlamaları, ekspert rəylərinə geniş yer verilib. Xəbərlər arasında Rusiya Prezidenti Vladimir Putinin, Venesuela Prezidenti Nikolas Maduronun […]

İdman

Azərbaycan Kuboku: “Qarabağ” yarımfinala vəsiqə qazanıb – VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib. Oxu.Az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə bitib. “Bayquşlar”da 5-ci dəqiqədə Kristian da Silva, 27-ci dəqiqədə Jarl Marqarita, 58-ci və 69-cu dəqiqədə (p) İshak Belfodil fərqlənib. “Köhlən atlar”ın qollarını 30-cu dəqiqədə Hamidu Keyta, 61-ci […]

Siyasət

İcma: “ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”

“ABŞ Səfirliyinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir”. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub. “30 illik Ermənistan işğalını, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə […]

Cəmiyyət

Bakıda Qaraçuxur qəbiristanlığı baxımsız vəziyyətdədir – VİDEO

Bakının, Suraxanı rayonunda yerləşən Qaraçuxur qəbiristanlığının baxımsız vəziyyətdə olması yaxınlarını burda dəfn edənlərin narazılığına səbəb olub. Xezerxeber.az-ın məlumatına görə, Durdanə Əliyeva bildirib ki, bu qəbiristanlıqda 2001-ci ildə onun qızı dəfn olunub. Odur ki, buranı daimi ziyarət edir. Amma hər dəfə gələndə də narazı qalır. Şikayətçi məzarların nəzarətsiz qaldığını qeyd edib. Qəbiristanlıqdakı məzarlardan birinin sahibi olduğunu […]

Dünya

İsveçrə Teleradiosunda Azərbaycanda keçirilmiş prezident seçkisi barədə reportaj yayımlanıb – FOTO/VİDEO

İsveçrə Teleradiosunun (SRF) xəbər buraxılışında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi və regionda iqtisadi və nəqliyyat infrastrukturunun potensialına dair geniş reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda keçirilən prezident seçkisi barədə məlumat verilib, dövlət başçısı İlham Əliyevin seçkidə böyük üstünlüklə qalib gəlməsi qeyd edilib. Həmçinin Cənubi Qafqazda yerləşən Azərbaycanın mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşməsi […]

Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Ukraynada əsirlikdə olan yüz rusiyalı hərbçi geri qaytarılıb və bunun müqabilində eyni sayda hərbi əsir Kiyevə təhvil verilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları əsir mübadiləsində humanitar vasitəçilik yardımı göstəriblər. Nazirlikdən vurğulanıb ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək […]

Cəmiyyət

İllərdir üzərində işlənilən islam bankçılığı nəhayət REALLAŞIR – VİDEO

Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq. Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq. Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit […]

Cəmiyyət

Kürdəmirdə 30 yaşlı kişi zəhərlənib

Kürdəmirdə 30 yaşlı kişi dərmandan zəhərlənib. Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlərin yerləşdiyi Yeni qəsəbədə qeydə alınıb. Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Elnur Baloğlan oğlu Qurbanov dərman içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər E.Qasımova ilkin tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Fakt araşdırılır. Xeberal.az

Dünya

Qəza nəticəsində Baltik dənizinə yüzlərlə litr neft tökülüb – FOTO

Litvanın Butinge bölgəsində, yanacaq terminalında baş verən qəza nəticəsində təxminən 300 litr neft Baltik dənizinə tökülüb. Qeyd olunub ki, dənizdəki neft ləkəsi Latviya sahillərinə çatıb. Terminal Polşanın “Orlen Lietuva” konserninə məxsusdur. Kəşfiyyat xidmətlərinin məlumatına görə, tankerə neft vurulan zaman burazlama kabeli qırılıb. Nəticədə neft vuran şlanq düşüb və yanacaq dənizə tökülüb. Litva Hərbi Dəniz Qüvvələri […]