Cəmiyyət

Şirkət rəhbəri talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyib – ŞİKAYƏT + FOTO

44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Nəsmiyev ona qarşı törədilən dələduzluq əməlindən şikayətçidir.  Bu barədə Oxu.Az-a Tural Nəsmiyev özü məlumat verib. İki övladı talassemiya xəstəsi olan hərbçi onların əməliyyatı üçün ianələr əsasında toplanan 35 000 ABŞ dolları məbləğində pulun özünü “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin rəhbəri kimi qələmə verən Nuridə Seyidova tərəfindən aldadılaraq ələ […]

İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərər açıqlanıb

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib. Araşdırma qrupundan olan Maykl Qroemlinq müharibənin “böyük qlobal iqtisadi əhəmiyyətə” malik olduğunu vurğulayaraq, enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini bildirib. Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon […]

Kriminal

Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotik satan şəxs saxlanılıb – FOTO/VİDEO

Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdə 2 […]

Cəmiyyət

Mədəniyyətə qənim kəsilən Ermənistan – ŞƏRH

Ermənistanın Azərbaycana qarşı təcavüzü mədəni, tarixi, dini abidələrin məhvi ilə də yadda qalıb. Ermənistan indi faktları təhrif etməyə çalışır və özünün vandallıq aktlarına müxtəlif don geyindirir. Lakin İrəvanın nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə mədəni irsə, tarixi, dini abidələrə vəhşicəsinə yanaşıb. Ermənistan məqsədli şəkildə islam mədəniyyətinə aid bütün […]

Cəmiyyət

Masallıda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib. İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İlqar Cahangirova […]

Cəmiyyət

Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2101 markalı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Qafarov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis […]

Dünya

Londonda ABŞ səfirliyinin əməkdaşları təxliyə edildilər

ABŞ-nin Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarının bir hissəsi təxliyə edilib, qalanlarından isə adı açıqlanmayan təhlükəsizlik riski səbəbi ilə pəncərələrdən uzaq durmaları istənilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının binada olduğu bildirilir. Ərazidə silahlı polislər və itlər var. Təhlükənin olması ilə bağlı hansısa səbəb açıqlanmır, London polisi hadisədən xəbərdar olduğunu bildirib. Mənbə: Daily Mail Xeberal.az

Dünya

Çində kömür mədənində faciə: Azı 57 nəfər itkin düşdü

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində kömür mədənində çökmə baş verib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilir ki, faciə nəticəsində azı 57 fəhlə itkin düşüb. Hadisə Alaşan vilayətində baş verib. 200-ə yaxın xilasedici və digər təcili yardım xidmətlərinin nümayəndələri hadisə yerinə gəliblər. Xilasetmə əməliyyatı davam edir. Mənbə: TASS Xeberal.az

Siyasət

Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd etdi

Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib. “Report” xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində keçicirlən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib. 10-cu sessiyanın yekun sənədinə Ertmənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunub. Dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlı Qarabağın blokadan çıxarılması”, […]

Cəmiyyət

I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən on mindən çox bioloji nümunə toplanıb – ÖZƏL

“Birinci Qarabağ müharibəsində itkin düşmüş 3 890 nəfər şəxsin ailə üzvlərindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin mütəxəssisləri tərəfindən DNT analizlərinin aparılması üçün 2014-cü ildən etibarən hazırkı vaxtadək 10 583 bioloji nümunə toplanıb”. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq  Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib. Onun sözlərinə görə, itkin düşmüş şəxslərdən 490 nəfərin ailə üzvlərindən 2023-ci […]