Siyasət

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gələcək

BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində çıxış edəcək. Bu barədə Oxu.Az-a BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Körösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək. Prezident Körösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı […]

Cəmiyyət

Ölkədə kartof istehsalında problem nədir? İdxal edilən kartofun keyfiyyəti yoxlanılmır? – AÇIQLAMA

Son 1 ildə yerli kartofla bağlı ciddi sıxıntıların olduğu iddia edilir. Bu barədə məlumatlar sosial şəbəkədə paylaşılır. İddialara görə, fermerlər bu istiqamətdə nə toxum, nə də məhsulun becərilməsi üçün münbit şəraitin yaradılmadığını deyirlər. Üstəlik ölkəyə gətirilən kartofun qiymətinin baha, keyfiyyətinin isə iki dəfə aşağı olduğuna dair iddialar da insanlar arasında ciddi müzakirələrə səbəb olub. Daha […]

Cəmiyyət

Sığınacağa yerləşdirilən şəxslər etibarnamələrin verilməsinə görə dövlət rüsumundan azad edilirlər

Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər etibarnamələrin verilməsinə görə dövlət rüsumundan azad edilirlər. Oxu.Az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunub. Təklif olunan dəyişikliyə əsasən, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə görə onlar dövlət rüsumu ödəməkdən azad edilirlər. Xeberal.az

İdman

QƏRİBƏ QƏRAR: Klubun sahibi baş məşqçini bir həftə əvəzləyəcək

İsveçrənin “Sion” klubu baş məşqçisi Fabio Çelestiniyə maraqlı cəza verib. Komandanın uğursuz nəticələrindən təngə gələn Super Liqa təmsilçisinin rəhbərliyi mütəxəssisi bir həftəyə işindən uzaqlaşdırıb. Ən qəribəsi isə odur ki, həmin müddət ərzində komandaya klubun sahibi və prezidenti Kristian Konstantin özü rəhbərlik edəcək. “Sion”u ölkə kubokunda və çempionatda “Luqano” ilə ardıcıl görüşlərə baş məşqçi kimi məhz o […]

Müharibə

Zəlzələdən sonra Türkiyəyə göndərilən Azərbaycanın hərbi həkimləri Vətənə qayıdıblar – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara […]

Cəmiyyət

Sitrus tristeza virusu bitki sağlamlığı üçün böyük təhlükə hesab olunur – FOTO

“Best Supply Company” MMC-nin 2023-cü il 21 fevral tarixində İran İslam Respublikasından idxal etdiyi 19 400 kiloqram portağal məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – Sitrus tristeza virusu (Citrus tristeza virus) aşkarlanıb. Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən […]

Dünya

Qırıcılar səmada: Sankt-Peterburq aeroportu təyyarələri qəbul etmir – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində səmada görünən uçan naməlum obyekt səbəbindən qırıcılar qaldırılıb və “xalı planı” (ölkənin hava sərhədləri pozulduqda verilir) tətbiq edilib. Bundan başqa, Pulkovo hava limanı təyyarələri qəbul etmir; mülki təyyarələrin Sankt-Peterburq hava limanına daxil olmasına icazə verilmir – onlar şəhərdən uzaqda dövrə vurmağa məcbur olublar. Bu barədə “Flightradar” xidmətinin məlumatında deyilir. Mənbə: “Baza” “Telegram” […]

Cəmiyyət

Azərbaycanda müəllim yazdığı statusa görə 1500 manat cərimələndi

Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü  Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, universitetin “Yerin quruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər […]

Siyasət

Səfir: “Türkiyədəki zəlzələ ilə bağlı İlham Əliyev və Mehriban Əliyeva böyük dəstək göstəriblər”

“Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük dəstək göstəriblər”. “Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Aqrobiznes Forumunda deyib. “Bütün Azərbaycan xalqı Türkiyəyə böyük dəstək, birlik nümayiş etdirib. Bu dəstəklərə görə təşəkkür edirəm”, – C.Bağçı bildirib. Səfir qeyd edib ki, […]

Cəmiyyət

Cəbrayıl rayonunun Şəybəy kəndi – FOTO

Cəbrayıl rayonunun Şəybəy kəndi Quycaq inzibati ərazi vahidində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz […]