Siyasət

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gələcək

Sharing is caring!

BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində çıxış edəcək.

Bu barədə Oxu.Az-a BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Körösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

Prezident Körösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Csaba Körösi ölkə başçısı və xarici işlər naziri ilə görüşləri gözlənilir.

Prezident Körösinin səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir