Siyasət

İranın Ermənistanla bağlı planı: Molla rejimi Paşinyanı niyə “cəzalandırır”?

İranda Ermənistan əleyhinə də səslər çıxır, amma burada Azərbaycanın xeyrinə, İrəvanın zərərinə işləyən etirazlardan söhbət getmir. Öncəliklə, İranda son bir neçə gündə Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının hədəf alınmasının motivinə nəzər yetirək. Birincisi: Tehranda Paşinyan əleyhinə etiraz aksiyası keçirilib və qaldırılan şüarlarda o, az qala, xəyanətdə ittiham edilib. Etiraz edənlər İran erməniləridir, […]

Kriminal

Bakıda kişi dayısı qızı olan keçmiş arvadını niyə qətlə yetirdi? – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda qətl törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror Eldar Həmzəyev ittiham aktını elan edib. İttihama görə, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovanı Əhmədli […]

İdman

“Neftçi” xorvatiyalı futbolçu ilə müqavilə imzalayacaq

İvan Brkiç “Neftçi”də qalacaq. Oxu.Az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” xorvatiyalı qapıçının çıxışından razıdırlar. Bu səbəbdən onunla yeni müqavilə imzalanacaq. Tərəflər artıq sövdələşməni razılaşdırıblar. 27 yaşlı qolkiperin hazırkı sözləşməsi mövsümün sonuna qədərdir. Brkiç 2022-ci ilin yanvarında Latviyanın “Riqa” klubundan “Neftçi”yə keçib. Faiq Tahirov Xeberal.az

Kriminal

Hərbi hissədə əsgərlə görüşə narkotik gətirilib

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində görüş zamanı əsgərə narkotik vasitə verən şəxs saxlanılıb. Xidmətdən verilən xəbərə görə, aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq […]

İqtisadiyyat

Britaniya parlamenti Rişi Sunak haqqında araşdırmaya başlayıb

Böyük Britaniya parlamenti maliyyə maraqları bəyannaməsi ilə bağlı Baş nazir Rişi Sunak haqqında araşdırmaya başlayıb. Bu barədə parlamentdə məlumat verilib. Baş nazirə qarşı istintaqın başlamasının konkret səbəbi açıqlanmayıb. Bildirilib ki, Britaniya parlamentinin bütün üzvləri xüsusi reyestrdə bütün növ hədiyyələri, ianələri ciddi şəkildə qeyd etməlidirlər. Mənbə: Reuters Xeberal.az

Tədbirlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanmış, Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat Komitəsi yaradılmışdır. Tədbirlər Planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının, konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin […]

İqtisadiyyat

Bakı Limanının tikintisinin ikinci fazasının yekunlaşacağı tarix açıqlandı

“Limanın tikintisinin ikinci fazası ilin sonuna qədər yekunlaşacaq”. Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, işlər yekunlaşandan sonra qərar veriləcək ki, liman hansı modelə görə inkişaf etdirilsin. T.Ziyadov qeyd edib ki, ikinci fazada konteynerlərin aşırılması ilə bağlı ciddi işlər görüləcək: […]

Siyasət

Xarici İşlər Nazirliyi İrana nota verdi – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur. Xarici İşlər Nazirliyi İrana nota verib. Erməni qadınlar Paşinyanı silah gücünə devirməyə çalışırlar? Poliqondan görüntülər yayılıb. “Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu yaxşı başa düşürük”. Ukraynalı nazir Türkiyədən üzr istəyib. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Müharibə

Səbinə Əliyeva: “Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib. Ombudsman Aparatından verilən xəbərə görə, müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması […]

İdman

“Səbail” rəsmisi: “Klubun Xaçmaza köçməsi müzakirə mövzusu deyil” – MÜSAHİBƏ

“Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov, üzvü İxtiyar Asyabi və futbol akademiyasının koordinatoru Mirbağır İsayev Xaçmaza səfər edərək, orada AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri ilə birlikdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə görüşüblər. Səfər zamanı klub rəsmiləri baş sponsor ASCO-nun dəstəyi ilə Xaçmazda inşasına başlanılan stadionlara baş çəkiblər. Bütün bunlar “Səbail” […]