İdman

Çeferin yenidən UEFA prezidenti seçildi

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib. Sloveniyalı funksioner bu posta yeganə namizəd olub. O, UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Konqresində 4 illik müddətə yenidən seçilib. A.Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir. Mənbə: UEFA Xeberal.az

Kriminal

Bakıda bankdan 370 min oğurlayanlar tutuldu

Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulublar. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat və 32 min dollar). Pulun […]

İdman

Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olundu

Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blits növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək. Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq. FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə […]

Kriminal

Paytaxtda bağ evindən meyit tapıldı

Bakıda bağ evindən meyit tapılıb.  Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.  Belə ki, Azad Tağıyev adlı şəxsin meyiti yaşadığı bağ evində aşkar edilib. Onun narkotikin təsirindən vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Elgiz 10 günə çəkilən filmdən danışdı

“Daha dayanmadan, tez-tez filmə çəkiləcəm. Bundan sonra məni kinodan ayırmaq olmayacaq” Lent.az-ın xəbərinə görə bunu "Elçilik"filminin təqdimatı və imza gecəsi zamanı filmdə baş rolda çəkilmiş tanınmış aparıcı Elgiz Əkbər deyib. O bildirib ki, film 10 günə ərsəyə gəlib. “Hər gün həm canlı yayımda proqramım, həm film çəkilişləri olurdu, evə gecə ikidə, üçdə gəlirdim. Amma filmə […]

Kriminal

Goranboyda polis xüsusi əməliyyat keçirdi – Xəbərlərin 15:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Çantamda dərman olur, hətta onları da verdim ki, buyurun bunları da götürün”, – Ermənilərə tibbi xidmət göstərən həkim daha nələri açıqladı? Goranboyda qəbiristanlıqda odlu silahdan atəş açıldı. Polis xüsusi əməliyyat keçirdi. “Hər gün qorxu ilə yaşayırıq. Baxın, burada insan yaşamaz”, Torpaq sürüşməsi “Qobu Park-2”də yaşayan sakinləri ölümlə üz-üzə qoydu. Daha ətraflı BAKU […]

Siyasət

Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentinə təqdim edib – FOTO

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib. Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib. Təqdimat mərasimində E.Poluxov Misir Prezidentinə Azərbaycan Prezident İlham Əliyevin salamlarını çatdırıb, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib. Diplomat Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da […]

İqtisadiyyat

Neftin dünya bazar qiymətlərinin Azərbaycana təsiri olacaqmı?

Pərviz Heydərov yazır… OPEC+ -ə daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər ölkələrin hasilatın əlavə olaraq azaldılması haqqında qərarı bu ölkələrin neftin dünya bazar qiymətlərinin hədsiz enişində maraqlı olmadıqlarını bir daha üzə çıxartdı. Çünki, ortada heç də kəskin eniş yox idi. Qiymətlər sadəcə olaraq, 80 ABŞ dollarının altında qalxıb düşürdü. Ancaq görünür, […]

Şou-Biznes

Skarlett Johanson: “Sosial mediaya dözə bilmirəm”

Hollivud ulduzu Skarlett Johanson "Instagram", "Twitter" və "Facebook" kimi sosial media platformalarından niyə istifadə etmədiyini izah edib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı aktrisa sosial medianı asılılıq adlandırıb.  "Sosial media ilə məşğul olmaq mənə vaxt itkisi kimi görünür, çünki bu, asılılıq yaradır. Digər tərəfdən, sosial mediada olmaq üçün çox kövrəkəm. Beynim, ürəyim bəzi şərhlərə […]

Siyasət

“Ukrayna səfərində ədalətdən danışan UNESCO 30 illik erməni vandalizminə hələ də susur” – RƏY + FOTO

“Ukraynaya səfər çərçivəsində ədalətdən danışan UNESCO 30 illik erməni vandalizminə hələ də susur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. Onun sözlərinə görə, UNESCO-nun fransızəsilli baş katibi Odri Azulayın Ukraynaya səfəri dünyada Azərbaycana qarşı həyata keçirilən ikili standartların başqa bir nümunəsidir: “Bu günə qədər 30 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında ermənilər tərəfindən […]