Siyasət

Almaniya hökumətindən bu il sığınacaq ala bilməyən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Bu ilin ilk üç ayı ərzində 528 Azərbaycan vətəndaşı Almaniyaya gedərək sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Qeyd olunub ki, həmin dövrdə 395 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 3,8%-i qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 101 iş üzrə prosessual […]

Müharibə

Paşinyan: “Tavuşda sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala bilər”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib. Baş nazir Tavuşun dörd kəndinin Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bildirib ki, İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb. “Biz Tavuş rayonu […]

Cəmiyyət

Bakıda külək güclənəcək, bəzi rayonlara leysan yağacaq – HAVA PROQNOZU

Ölkə ərazisində aprelin 11-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 12-17 dərəcə […]

Siyasət

Britaniyanın Azərbaycandakı səfirliyindən Ramazan təbriki – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb. “Bütün Azərbaycan və dünya müsəlmanlarının Ramazan bayramı mübarək!” – paylaşımda qeyd edilib. Eid Mubarek to all Muslims in Azerbaijan and around the world! Ramazan Bayramınız mübarək olsun! pic.twitter.com/DhHyW4whBl — UK in Azerbaijan (@ukinazerbaijan) […]

Siyasət

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib – VİDEO

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. President.az-ın məlumatına görə, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb. Dövlət […]

Dünya

Paşinyan: “Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”

“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib. Baş nazir bildirib ki, sözügedən planla bağlı onda məlumatlar, hətta sübutlar var. Lakin N.Paşinyan konkret hansı sübutların olduğu barədə əlavə məlumat verməyib. Mənbə: Sputnik […]

Siyasət

ABŞ-nin Azərbaycandakı səfirindən Ramazan bayramı münasibətilə paylaşım – FOTO

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ramazan bayramı münasibətilə paylaşım edib. Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat verilib. “Ramazan bayramı münasibətilə sizə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!” – paylaşımda qeyd edilib. ❝Ramazan bayramı münasibətilə […]

Cəmiyyət

İlahiyyatçı: “Zəngin adamlarımıza üz tuturam, kisənizin ağzını açın” – FOTO

İslam dininin beş şərti var, onlardan biri də oruc tutmaqdır. Buna riayət edən, sağlamlığı imkan verən müsəlmanlar hər il 11 ayın sultanı olan Ramazanda bir ay oruc tuturlar. Bir ayın sonunda isə oruc dayandırılır və Ramazan bayramı qeyd edilir. Bu gün məhz o gün – Ramazan bayramıdır. Bəs bu bir ayda nə qazandıq? Bayramı necə […]

İdman

UEFA-nın yeni reytinq cədvəli: “Qarabağ” Türkiyə klubundan cəmi bir pillə geridədir

UEFA Avropa klublarının reytinq cədvəlini yeniləyib. Məlumata görə, cədvələ 146.000 xalla “Mançester Siti” klubu (Böyük Britaniya) başçılıq edir. İkinci sıradakı “Bavariya”nın (Almaniya) 139.000 xalı var. İlk üçlüyü 127.000 xalla “Real Madrid” klubu (İspaniya) qapayır. İlk yüzlükdə üç Türkiyə klubu yer alıb. UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən “Fənərbağça” klubu 34.000 xalla 56-cı […]

İqtisadiyyat

MİDA hansı ərazilərdə bina tikir? – HESABAT

“Səkkiz illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına başlayıb. Həmin layihələrdən altısının inşası tamamlanıb, beş layihə isə hazırda reallaşdırılır”. Bu barədə məlumat MİDA-dan AZƏRTAC-a verilən hesabatda yer alır. Qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə və rəhbərliyi altında ardıcıl həyata keçirilən geniş sosial-iqtisadi islahatların […]