Dünya

İstanbulda İsrailə qarşı etiraz: “McDonald’s”a siçanlar buraxıldı – VİDEO

Türkiyədə İsrailə qarşı etirazlar davam edir. Növbəti etiraz aksiyası İstanbulda baş verib. Şəhərdə yerləşən “McDonald’s” restoranına müştərilər içəridə olduğu bir zamanda bir qutu siçan buraxılıb. Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb. Siçanları buraxan şəxs müştərilərə səslənib. “Siz müsəlmanların ətlərini deyil, alın bu siçanları yeyin”, – deyə o bildirib. Xatırladaq ki, “McDonald’s”ın Türkiyə filialı İsraildə […]

İqtisadiyyat

Azərbaycanda svop xam neft və təbii qazın idxalı vergidən azad edilir

Gələn il yanvarın 1-dən Azərbaycanda svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 3 il müddətinə vergidən azad ediləcək. “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, bu əməliyyat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın verdiyi təsdiqedici sənəd əsasında aparılacaq. Xeberal.az

Dünya

Argentinanın məşhur klubunun azarkeşi məğlubiyyətə görə intihar edib

Argentinada “Boka Xuniors” azarkeşi Marselo Morales  Libertadores Kubokunun finalında sevimli komandası məğlub olduğu üçün intihar edib. Məlumata görə, intihar edən 23 yaşlı Morales  Buenos-Ayresdə polis məmuru olub və  “Boka Xuniors” komandasına dəhşətli dərəcədə azarkeşlik edib. Moralesin anası oğlunun “Boka Xuniors”un “Fluminense”yə uduzmasından sonra özünü pis hiss etdiyini, lakin intihar həddinə çatacağını düşünmədiyini deyib. Mənbə: RIA Novosti […]

İdman

Azərbaycan avarçəkəni İtaliyada gümüş medal qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasından (AKAF) verilən məlumata görə, 32-ci dəfə təşkil olunan yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib. Bir mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət […]

Cəmiyyət

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib

Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib. APA-nın yerli müxbiri xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas […]

Siyasət

Qarşılıqlı hədələr: İranla İsrail müharibə edə bilərmi? – TƏHLİL

Yaxın Şərqdə geosiyasi tektonik hərəkətlərin sürətlə yırğalanması bir sualı aktual edir. Görəsən, İranla İsrail bir-birinə real müharibə elan edə bilərmi? İranla İsrailin bir-birlərinə qarşı təhdidlərinə, xəbərdarlıqlarına baxmayaraq, bu iki dövlət açıq müharibəyə girişməkdən qaçır. Tehranla Təl-Əvivin savaşının motivləri, uzağı, maraqlarının kəsişdiyi münaqişələrin hərbi eskalasiya baxımından təzələnməsi fonunda daha da qabarıqlaşır. Deməli, konseptual olaraq nəzərə almalıyıq […]

Cəmiyyət

FHN hava ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən verilən məlumata görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 8-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı […]

Cəmiyyət

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işdən çıxıb

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb. Bu barədə o, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb. Mədəniyyət Nazirliyi APA-ya Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını təsdiqləyib.   Xeberal.az

MARAQLI

Kolumbiya prezidentindən 20 milyard dollarlıq sualtı əməliyyat tapşırığı – FOTO/VİDEO

Kolumbiya Prezidenti Qustavo Petro içərisində 20 milyard dollarlıq xəzinə olan ispan kalyonu “San Xose”nin mümkün qədər tez Karib dənizinin dibindən çıxarılması barədə göstəriş verib. Gəmi 1708-ci ilin iyununda Britaniya gəmisi ilə döyüş zamanı batıb. “San Xose”də qızıl, gümüş və zümrüdlərlə dolu sandıqlar var. Ekspertlərin fikrincə, xəzinələrin ümumi dəyəri 4-20 milyard dəyərindədir. Kolumbiya lideri Qustavo Petronun […]

Siyasət

Azərbaycanın XİN başçısı Rumıniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki […]