MARAQLI

Kolumbiya prezidentindən 20 milyard dollarlıq sualtı əməliyyat tapşırığı – FOTO/VİDEO

Sharing is caring!


Kolumbiya Prezidenti Qustavo Petro içərisində 20 milyard dollarlıq xəzinə olan ispan kalyonu “San Xose”nin mümkün qədər tez Karib dənizinin dibindən çıxarılması barədə göstəriş verib.

Gəmi 1708-ci ilin iyununda Britaniya gəmisi ilə döyüş zamanı batıb.

“San Xose”də qızıl, gümüş və zümrüdlərlə dolu sandıqlar var. Ekspertlərin fikrincə, xəzinələrin ümumi dəyəri 4-20 milyard dəyərindədir.

Kolumbiya lideri Qustavo Petronun bu qərarı onun səlahiyyət müddətinin 2026-cı ildə başa çatması ilə bağlıdır.

Eyni zamanda, ABŞ-nin “Glocca Morra” şirkəti tapıntıya iddia edir – onun nümayəndələri gəminin qalıqlarını ilk özlərinin tapdıqlarını iddia edirlər və məhkəmə vasitəsilə təxminən 10 milyard dollar (yəni mənfəətin yarısını) tələb edirlər.

Источник: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir