Dünya

İstanbulda İsrailə qarşı etiraz: “McDonald’s”a siçanlar buraxıldı – VİDEO

Sharing is caring!


Türkiyədə İsrailə qarşı etirazlar davam edir.

Növbəti etiraz aksiyası İstanbulda baş verib.

Şəhərdə yerləşən “McDonald’s” restoranına müştərilər içəridə olduğu bir zamanda bir qutu siçan buraxılıb. Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb.

Siçanları buraxan şəxs müştərilərə səslənib. “Siz müsəlmanların ətlərini deyil, alın bu siçanları yeyin”, – deyə o bildirib.

Xatırladaq ki, “McDonald’s”ın Türkiyə filialı İsraildə fəaliyyət göstərən “McDonald’s”ın İsrail əsgərlərinə hamburger payladığı xəbərindən sonra mətbuatda yazılı açıqlama vermişdi. Açıqlamada Türkiyədəki “McDonald’s”ın yerli müəssisə olduğu, bütün sahiblik və fəaliyyətinin Qətərin “Boheme İnvestment” şirkəti tərəfindən idarə olunduğu, İsraildəki  “McDonald’s”la heç bir əlaqəsi olmadığı bildirilmişdi.

“İsraildəki “McDonald’s” bizim şirkətimizdən ayrı bir qurum kimi fəaliyyət göstərir. Ona görə də Türkiyədəki “McDonald’s”dan asılı olmadan, müstəqil şəkildə öz qərarlarını verir”, – deyə açıqlamada bildirilmişdi.

Mənbə: Cumhuriyet.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir