Dünya

Türkiyədə bütün mədəniyyət tədbirləri dayandırıldı

Sharing is caring!

Türkiyədə zəlzələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə tabe olan bütün incəsənət qurumlarının proqramları ləğv edilib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyi sosial media hesabında açıqlama verib.

“Kahramanmaraşda baş verən və bir çox şəhərlərimizi təsir altında qoyan zəlzələdən sonra nazirliyin tabeliyində olan dövlət teatrları, Dövlət Opera və Balet Teatrı və Gözəl Sənətlər Baş İdarəsi də daxil olmaqla bütün qurumlar tərəfindən planlaşdırılan tədbirlərimiz növbəti açıqlama edilənədək dayandırılıb”, – deyə nazirliyin paylaşımında qeyd edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir