İqtisadiyyat

Şamil Ayrım: “Zəngəzur dəhlizinin açılması gündəmimizdəki ən vacib məsələlərdən biri olacaq”

Sharing is caring!


“Zəngəzur dəhlizinin açılması gündəmimizdəki ən vacib məsələlərdən biri olacaq”.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan millət vəkili Şamil Ayrım bildirib.

Mayın 14-də keçirilən prezident və parlament seçkilərini dəyərləndirən millət vəkili deyib ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bu qədər böyük tərkibli ittifaqlar seçki kampaniyası aparıb:

“Nəticələrdən də görünən odur ki, Cümhur İttifaqı çox məhsuldar fəaliyyət göstərib. Prezident Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası zamanı Türkiyəni qarış-qarış gəzdi. Millət vəkilliyinə namizədlər də yerlərdə aktiv seçki kampaniyası nümayiş etdirdilər. Nəticədə xalqımızın milli iradəsi qalib gəldi. Türkiyə Böyük Millət Məclisində (TBMM) yenə də böyük üstünlüyü Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri qazandılar. Bu, çox önəmli bir məsələdir.

Prezident seçkisi də Rəcəb Tayyib Ərdoğanın xeyrinə olmaqla ikinci tura qaldı. İnanırıq ki, bu dəfə də xalqın iradəsi qalib gələcək. Seçki sakit, qalmaqalsız başa çatdı. Biz Avropaya və bütün dünyaya demokratik seçki necə keçirilir, bunu nümayiş etdirdik”.

TBMM-də bir çox yeni layihələrə start verəcəyini bildirən millət vəkili bildirib ki, bu layihələr arasında Azərbaycanla bağlı məsələlərə böyük əhəmiyyət verilir:

“Türkiyənin həll olunması lazım olan bəzi problemləri var ki, bu, Cümhur İttifaqı vasitəsilə həll ediləcək. Zəngəzur dəhlizinin açılması məsələsi gündəmimizdə ən vacib məsələlərdən biri olacaq. Ermənistanın yanlış davranışına qarşı ciddi mübarizə aparacağıq”.

Millət vəkili seçki kampaniyası müddətində başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına göstərdiyi həmrəylik, diqqət və qayğıkeşliyə görə təşəkkür edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir