İdman

“Yuventus” son dəqiqə qolu ilə qələbə qazandı – VİDEO

İtaliya A Seriyasının X turunda “Yuventus” “Verona” ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, Turin klubu öz meydanında minimal hesablı qələbə qazanıb – 1:0. Yeganə qolu qarşılaşmanın 90+7-ci dəqiqəsində Andrea Kambiaso vurub. Qələbə sayəsində xallarını 23-ə çatdıran “Yuventus” birinci pilləyə yüksəlib. “Qoca sinyora” bir oyun az keçirən “İnter”i bir, “Milan”ı iki xal üstələyir. Səkkiz xalı olan […]

Dünya

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir. 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. […]

Dünya

Rusiyada hoteldə güclü yanğın: İnsanlar ayaqyalın çölə qaçdılar – VİDEO

Rusiyanın Naberejnı Çelnı şəhərində “Kamarooms” hoteli yanıb. Ziyarətçilər tüstünü görüb dərhal binadan qaçmağa başlayıblar. Yanğının aşağı mərtəbələrdən başladığı iddia olunub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonaqlardan və işçilərdən heç kim xəsarət almayıb. Bildirilib ki, binadakı yanğın dörd min kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə 77 xilasedici və 25 texnika gəlib. Artıq yanğın söndürülüb. Mənbə: Mash […]

Cəmiyyət

Avtomobiliniz qışa hazırdırmı? – VİDEO

Qış mövsümünün yaxınlaşması avtomobillərin bu fəsilə hazırlıq məsələsini gündəmə gətirir. Xezerxeber.az xəbər verir ki, avtomobil ustası Cavidan Muradxanlı qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, qışa hazırlıq xüsusilə payız mövsümündən başlamalıdır. Onun sözlərinə görə, avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməsinə ehtiyac yoxdur: “Hansı […]

Dünya

HƏMAS bütün fələstinli məhbusları azad etmək üçün şərtini açıqladı

HƏMAS lideri Yəhya Sinvar bəyan edib ki, hərəkat İsrail həbsxanalarında olan bütün fələstinlilərin İsraildə keçirilən əməliyyat zamanı radikallar tərəfindən əsir götürülən bütün girovlarla dəyişdirilməsi haqqında saziş bağlamağa hazırdır. “Biz əlimizdə saxladığımız bütün israilli girovları İsrail həbsxanalarındakı bütün fələstinli məhbuslarla dəyişdirmək üçün dərhal saziş bağlamağa hazırıq”, – Y.Sinvar bildirib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Çörək ucuzlaşsa da, bəzi sakinlər əvvəlki qiymətə aldıqlarını bildirirlər – VİDEO

70 qəpiyə olan zavod çörəyinin qiyməti əvvəlcə 65, sonra 60 indi isə 55 qəpiyə enib. Xezerxeber.az xəbər verir ki, pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Bu,bir il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Buna baxmayaraq, bəzi sakinlər çörəyi elə əvvəlki qiymətinə aldıqlarını bildiriblər. Satıcılar deyiblər ki, qiymət ucuzlaşması daha çox iri mağaza şəbəkələrində müşahidə […]

Dünya

MKİ İranda 1953-cü il çevrilişinə kömək etdiyini açıqladı

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda 1953-cü il çevrilişinə köməklik göstərib. Bu barədə qurumun özü etiraf edib. Məlumata görə, ABŞ ölkədə kommunistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq istəyib. Lakin öz fəaliyyəti ilə İslam İnqilabına yol açıb. Qərbin müdaxiləsi İranda Ayətullah rejimini hakimiyyətə gətirən fobiyaları gücləndirib. Qərb kəşfiyyat xidmətləri şaha Müsəddiqi devirməkdə və tərəfdarlarını məğlub etməkdə kömək […]

Cəmiyyət

Bakının tıxac problemi: Qabaqlayıcı tədbirlər görülür – VİDEO

Paytaxda, əvvələr günün pik saatlarında sıxlıq yaşanırdısa, indi hər vaxt tıxacın şahidi oluruq. Xezerxeber.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov, ötən gün keçirilən kollegiya iclasında bu məsələyə də diqqət çəkib. Nazir bildirib ki, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılması, digər qanunazidd halların aradan qaldırılması, ümumən bu sahədə […]

Dünya

Rusiyada 64 yaşlı məşqçi 14 yaşlı idmançıya təcavüz edib

Primorsk Ərazisi Atletika Federasiyasının baş məşqçisi Yuri Paxomkin etiraf edib ki, o, Çelyabinskdə səfər yarışı zamanı hoteldə yeniyetmə qıza təcavüz edib. İstintaqın məlumatına görə, ötən ilin iyulunda həmin vaxt 14 yaşı olan gənc idmançı 64 yaşlı məşqçisi ilə Çelyabinskdə yarışa gedib. Çalışdırıcı və yetirməsi on gün eyni hoteldə – “Visit”də qalıblar. Məktəbli qızın dediyinə görə, bu hoteldə […]

Cəmiyyət

Bakı sakinini avtomobil vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. 1988-ci il təvəllüdlü Rəşad Seyidov yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  Xeberal.az