İdman

Nazim Sadıxov rusiyalı Vyaçeslav Borşovla UFC-də üz-üzə gəlib – VİDEO

Azərbaycanlı məşhur MMA döyüşçüsü Nazim Sadıxovun UFC-də növbəti görüşü baş tutub. Oxu.Az xəbər verir ki, həmyerlimiz “UFC 295” turniri çərçivəsində rusiyalı Vyaçeslav Borşovla üz-üzə gəlib. Qarşılaşma üç raund davam edib. N.Sadıxov döyüşdə üstünlüyü əldən verməsə də, sonda qalib müəyyənləşməyib. Qeyd edək ki, Nazim Sadıxovun UFC-də iki, ümumən isə MMA karyerasında doqquz qələbəsi var. O, daha […]

Dünya

Qazaxıstanda keçmiş nazir həbs edildi

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib. Bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib. Hüquq-mühafizə orqanları sabiq nazirin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib. Xatırladaq ki, noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i eks-nazirin döyülərək dünyasını dəyişən həyat yoldaşının ölümü ilə bağlı saxlanılması barədə məlumat yayıb. […]

Cəmiyyət

İki yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Dəstəyə ehtiyacı var – FOTO

2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova iyun ayının 14-də ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Rəqsanə Həsənova məlumat verib. O qeyd edib ki, hadisə ehtiyyatsızlıqdan baş verib: “Qızım həyətdə qaçdı-tutdu oynayırdı. Bu zaman mən də həyətdə vedrənin içində su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və vədrənin içinə yıxıldı. O […]

Xarici siyasət

Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Bu fikir noyabrın 9-da paytaxt Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səslənib. Dövlət başçımız öncə yüksək qonaqpərvərliyə görə qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığımı bildirib və ölkələrimiz arasında strateji tərəfdaşlığın uğurla inkişafını, ötən il Özbəkistana bir dövlət və […]

Dünya

Hindistanda tunel çökdü: Azı 36 işçi dağıntılar altında qaldı

“Ən azı 36 işçi Uttarakhand ştatının şimalında tikilməkdə olan nəqliyyat tunelinin dağıntıları altında qalıb”. Bu barədə yerli polisə istinadən məlumat yayılıb. “36 nəfər tuneldə qalıb və onların xilas edilməsi üçün səylər göstərilir. Polis əməkdaşları və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin komandası hadisə yerindədir”, – deyə rayon polis idarəsinin rəisi Arpana Yaduvanş bildirib. Onun sözlərinə görə, […]

Siyasət

Lavrov: “Aİ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir”

“Avropa İttifaqı (Aİ) Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, lakin istəyinə nail olmayacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinin “Telegram” kanalında yayımladığı “Moskva. Kreml. Putin” verilişində deyib. “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu, nəticə verməyəcək. Biz tarixən buradayıq […]

Cəmiyyət

Tərtərin kəndlərində subartezian quyularının kabelləri oğurlanıb – FOTO

Tərtərin Poladlı və Mamırlı kəndlərində son 10 gündə üç subartezian quyusunun kabelləri oğurlanıb. “Report”un verdiyi xəbərə görə, kabeli kəsilən quyular rayonun Poladlı kəndindəki 09 311, Mamırlı kəndindəki 09 337 və 09 889 nömrəli quyulardır. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Xeberal.az

İdman

Bədii gimnastika üzrə 2-ci “Ocaq” Beynəlxalq Kubokunun final gününə start verilib – FOTO

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci “Ocaq” Beynəlxalq Kubokunun yekun yarış günü başlayıb. Trend xəbər verir ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edirlər. Bu gün turnirdə 2013, 2012, 2011-ci il […]

Cəmiyyət

İmişlidə yol-nəqliyyat hadisəsi olub, 17 yaşlı sakin ölüb

İmişlidə baş verən yol-nəqliyyat hadisəsində 17 yaşlı gənc ölüb. APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində qeydə alınıb. Minik avtomobilinin aşması nəticəsində 2006-cı il təvəllüdlü şəxs ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o, xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Fransa Gürcüstan vasitəsilə Ermənistana silahlar yollayır – FOTO/VİDEO

Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir. “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, digər silahlarla yanaşı, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir. Qeyd edək ki, Gürcüstan uzun […]