Dünya

Hindistanda tunel çökdü: Azı 36 işçi dağıntılar altında qaldı

Sharing is caring!


“Ən azı 36 işçi Uttarakhand ştatının şimalında tikilməkdə olan nəqliyyat tunelinin dağıntıları altında qalıb”.

Bu barədə yerli polisə istinadən məlumat yayılıb.

“36 nəfər tuneldə qalıb və onların xilas edilməsi üçün səylər göstərilir. Polis əməkdaşları və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin komandası hadisə yerindədir”, – deyə rayon polis idarəsinin rəisi Arpana Yaduvanş bildirib.

Onun sözlərinə görə, tunel dağlarda tikilirmiş və işçilər 200 metr irəlilədikdən sonra qurğu çöküb.

Uçqun zamanı tuneldə olanların hamısının sağ olduğu bildirilir. Yaduvanş bəyan edib ki, onları dağıntılar altından xilas etmək iki-üç gün çəkə bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir