İqtisadiyyat

Müharibə veteranları və qazilər üçün verilən müavinət artırıla bilər – RƏSMİ AÇIQLAMA

“Müharibə veteranları və qazilər üçün verilən müavinətin məbləğinin artırılması müzakirə oluna bilər”.  Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.  Onun sözlərinə görə, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır:  “Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. […]

Siyasət

Diplomatik mənbə: “Azərbaycan prezident seçkisini müşahidə etmək üçün Avroparlamentə dəvət göndərməyib”

Azərbaycan tərəfi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib. Bu barədə “Report”a diplomatik mənbədən məlumat verilib. “Avropa Parlamenti bəyan edib ki, Azərbaycandakı seçkini müşahidə etməyəcək. Amma Avropa Parlamentinə müşahidə üçün heç dəvət də göndərilməyib”, – mənbədən bildirilib. Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatında yayılan məlumatlara görə, Avropa Parlamenti […]

Dünya

İsrail Müdafiə Qüvvələri diviziyalarından birini Qəzza zolağından çıxardı

İsrail Müdafiə Qüvvələri 36-cı diviziyasını Qəzza zolağından çıxarıb. Bu addım şəxsi heyətin yenidən qruplaşdırılması və əlavə təlim keçilməsi məqsədilə atılıb. Digər üç diviziya isə quru əməliyyatı zonasında qalacaq. Məlumata görə, diviziyanın geri çəkilməsi İsrail Müdafiə Qüvvələrinin (IDF) HƏMAS-a qarşı uzunmüddətli müharibə planlarının bir hissəsidir və qoşunların döyüş qabiliyyətinin saxlanılması məqsədi daşıyır. Diviziyanın bölmələrinə qısa fasilə […]

Cəmiyyət

Ölkəmizdə neçə məktəbin cəmi bir şagirdi var? – RƏSMİ AÇIQLAMA

“İsmayıllıda bir şagirdin təhsil aldığı Tircan kənd ibtidai məktəbində müəllimlərin sayı iki nəfərdir”. Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, ölkədə bir şagirdin təhsil aldığı yeddi məktəb fəaliyyət göstərir: “Bunlardan biri Ağsu rayonunda yerləşən Axunlu kənd ibtidai məktəbidir. İsmayıllı, Lerik və Quba rayonlarında isə iki belə […]

Cəmiyyət

Nazir müavini qadınların pensiya yaşının azaldılmasından DANIŞDI

“Qadınların pensiya yaşının azaldılması nəzərdə tutulmur”.  Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ”Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşı artırılıb:  “Hazırda qadınların pensiya yaşının artırılması mərhələli şəkildə davam etdirilir. Lakin nazirlikdə qadınların pensiya yaşının azaldılması müzakirə edilmir”. […]

Kriminal

“Əlillik təyin etdirəcəyəm” deyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərhad Şirinovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarından Fərhad Şirinovun Cinayət Məcəlləsinin (CM) 32.4, 312.2-ci (rüşvətə […]

Cəmiyyət

Komitə sədri: “Bakının Baş planı hazırlanarkən Dubay və Vyananı müqayisə üçün seçdik”

“Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”. Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar […]

İqtisadiyyat

Pensiyaların artırılması nə qədər insana şamil ediləcək? – AÇIQLAMA

“Fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək”.  Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Oxu.Az-ın sualını cavablayarkən bildirib.  O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”. İlhamə Əbülfət […]

Cəmiyyət

Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı açıqlandı

“Ötən il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 465 olub”.  Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.  Onun sözlərinə görə, belə hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb. Nazir müavini əlavə edib ki, ötən il işçilərin əmək hüquqlarının pozulmasına […]