Cəmiyyət

Nazir müavini qadınların pensiya yaşının azaldılmasından DANIŞDI

Sharing is caring!


“Qadınların pensiya yaşının azaldılması nəzərdə tutulmur”. 

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ”Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşı artırılıb: 

“Hazırda qadınların pensiya yaşının artırılması mərhələli şəkildə davam etdirilir. Lakin nazirlikdə qadınların pensiya yaşının azaldılması müzakirə edilmir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir