Dünya

İtaliya XİN vahid Avropa ordusunun yaradılmasına çağırdı

“Avropa İttifaqı ümumi güclü Avropa ordusu yaratmalıdır”. Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib. O, Avropa İttifaqının vahid ordusunun ilk növbədə sülh və effektiv xarici siyasətin yaradılması üçün lazım olduğuna diqqət çəkib. “ABŞ, Çin, Hindistan, Rusiya kimi nüfuzlu ölkələrin olduğu, Yaxın Şərq və Hind-Sakit Okean regionunda yaşadığımız kimi böhranlı bir dünyada İtaliya, Almaniya, Fransa […]

Cəmiyyət

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq – FOTO

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı […]

Dünya

SAXAL: “HƏMAS İranın rəhbərliyi altında idarə olunan qanadlı raketlər hazırlayıb”

Qəzza şəhərində fəaliyyət göstərən İsrail əsgərləri texnoloji avadanlıqlar, o cümlədən HƏMAS-ın dəqiq raketlər yaratmaq üçün istifadə etdiyi komponentlər aşkar ediblər ki, bu da terror qruplaşmasının indiyədək malik olmadığı düşünülürdü. Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusunun rəsmiləri bildiriblər ki, əsgərlər bu yaxınlarda Qəzza şəhərinin Dərəc və Tuffah məhəllələrində HƏMAS-ın obyektinə basqın […]

Siyasət

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

Bakıda mövcud infrastrukturun güclü yağıntılar zamanı subasmaların qarşısını almağa imkan verməməsinin səbəbləri açıqlanıb. APA xəbər verir ki, bu, Bakı şəhərinin Baş Planında əksini tapıb. Baş Planda qeyd edilib ki, Abşeron yarımadasında yağış suları üçün kanalizasiya sistemi çox kiçik ərazidə təmin edilib. Bakı şəhərinin mərkəzi hissəsində yağış suları qismən magistral drenaj şəbəkəsinə axıdılır. Məişət kanalizasiyasından ayrı […]

Dünya

Ankarada zəncirvari yol qəzası baş verib: 26 avtomobil bir-birinə çırpılıb – FOTO/VİDEO

Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qeyd olunur ki, yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən zəncirvari qəzada 26 avtomobil toqquşub. Qəzada 3 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım dəstələri sövq edilib. Qəzada yüngül yaralanan 3 nəfərə ilkin tibbi müdaxilə edildikdən sonra onlar xəstəxanaya aparılıblar. […]

Cəmiyyət

Bakıda metrostansiyaların sayı ARTIRILACAQ

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur. “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək. “28 […]

Cəmiyyət

Bakıda yeni Nəbatat Parkı yaradılacaq

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, Xocahəsən gölünün bərpa layihəsi Xocahəsən – Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya […]

Dünya

“Beşiktaş”ın yeni baş məşqçisi məlum oldu

“Beşiktaş” klubu Fernando Santosun baş məşqçi təyin olunduğunu açıqlayıb. Qeyd olunur ki, 69 yaşlı məşqçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. 2023-cü ilin sentyabrında Santos ötən ilin yanvarından bəri rəhbərlik etdiyi Polşa millisinin baş məşqçi postunu tərk edib. Bundan əvvəl o, 8 ildən çox Portuqaliya millisi ilə işləyib və bu komanda ilə 2016-cı il […]

Dünya

Səudiyyə Ərəbistanı bütün dünyada neftin qiymətini aşağı salıb

Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco”  tələbin azalması fonunda dünya üzrə bütün regionlarda fevral ayında tədarük etdiyi “Arab Light” markalı neftin qiymətlərini aşağı salıb. Verilən məlumata görə, Asiya bazarlarına tədarük üçün qiymət 1 barel üçün 1,5-2 dollaradək ucuzlaşıb. “Saudi Aramco” həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini […]