Cəmiyyət

Komitə sədri: “Bakının Baş planı hazırlanarkən Dubay və Vyananı müqayisə üçün seçdik”

Sharing is caring!


“Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun bildirib ki, Baş planın hazırlanmasında bütün nazirliklərin təmsil olunduğu İşçi qrup yaradılıb:

“Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə çevrilir. Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz Vyananı və Dubayı özünüzə müqayisə üçün seçdik. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özünüzə nümunəvi hədəf kimi götürdük”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir