İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

Sharing is caring!


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 651 min ton yük daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1% artıb.

Yüklərin 55,6%-i neft yükləri təşkil edib.

Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6%-i tranzit yüklər təşkil edib.

Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.

Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6% artaraq 20,1 min nəfər olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir